XİN başçısının anqolalı həmkarı ilə görüşündə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət müzakirə olunub - YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Anqola Respublikasının xarici işlər naziri Tete Antonio ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Afrika ölkələri ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin tərkib hissəsi olduğunu qeyd edərək, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox Afrika ölkəsi, o cümlədən Anqola ilə əməkdaşlıq imkanlarının yarandığını diqqətə çatdırıb.
Azərbaycan və Anqola arasında iqtisadi-ticarət, habelə humanitar sahədə ikitərəfli, o cümlədən çoxtərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi msləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun anqolalı həmkarı Tete Antonio ilə görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri üzərində işin davam etdirilməsinin vacibliyi vurğulanıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın baş diplomatı sosial şəbəkədə paylaşım edib.
“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Anqolanın xarici işlər naziri Tete Antonio ilə görüşməkdən məmnun qaldım. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətin hazırkı səviyyəsi məmnunluqla qeyd olunub, ikitərəfli əməkdaşlığın perspektivləri üzərində işin davam etdirilməsinin vacibliyi bir daha vurğulanıb”, – paylaşımda diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Somalidən olan həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












