Çin Kommunist Partiyasının şöbə müdiri: Çİn şirkətləri Zəngəzur Dəhlizinin inşasında aktiv rol oynayacaq
Çİn şirkətləri Zəngəzur Dəhlizinin inşasında aktiv rol oynayacaq.
APA xəbər verir ki, bunu “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao deyib.
Lyu Cyançao bildirib ki, Çin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir: “Azərbaycan ilk gündən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyib. “Buna görə Azərbaycana təşəkkür edirik. Zəngəzur dəhlizinin inşası isə çox vacib məsələdir. Bu, Avropa Asiyanı daha da birləşdirəcək. Çİn şirkətləri Zəngəzur Dəhlizinin inşasında aktiv rol oynayacaq. Xahiş edirəm ki, bizim şirkətləri daha çox məlumatlandırasınız ki, bu dəhlizin inşasında daha fəal rol oynasın. Həm “Bir kəmər, bir yol”, həm də Zəngəzur dəhlizinin inşası Çin və Azərbaycan arasında strateji əməkdaşlığın inkişafı üçün vacib elementlərdir”.
Oxşar xəbərlər
Çin Kommunist Partiyasının şöbə müdiri: Çin və Azərbaycan strateji tərəfdaşlardır
Azərbaycan – Çin strateji tərəfdaşlığına dair konfrans keçirilib - FOTO
Baş nazir: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin inkişafına təkan verəcək
YAP sədrinin müavini: Zəngəzur dəhlizi Azərbaycan ilə Çini bir araya gətirərək Avrasiyada işbirliyini gücləndirəcək
YAP sədrinin müavini: Zəngəzur dəhlizi Azərbaycanla Çini bir araya gətirərək Avrasiyada işbirliyini gücləndirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
