Çin Kommunist Partiyasının şöbə müdiri: Çin və Azərbaycan strateji tərəfdaşlardır
Çin və Azərbaycan strateji tərəfdaşlardır, Azərbaycan və Çin arasında dostluğun minillik tarixi var.
APA xəbər verir ki, bunu “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao deyib.
Lyu Cyançao bildirib ki, qarşılıqlı etimad əsasında Azərbaycan və Çin bir-birini dəstəkləyir: “Biz Azərbaycanın sosial iqtisadi inkişafı ilə bağlı 2030-cu ili əhatə edən proqramını dəstəkləyirik. Biz kənardan müdaxilələrə qarşı birgə çıxış edirik. Hələ 12-ci əsrdə Nizami Gəncəvi də öz əsərlərində gözəl və ağıllı Çin xanımlarını təsvir edib. Azərbaycan xalça sənəti Çində təqdim edilib. İki dövlətin xalqları arasında çox dərin və isti münasibətlər var. Müasir dünya xaosla doludur. Bu ilin əvvəlindən başlayaraq beynəlxalq vəziyyət çox böyük sarsıntılara məruz qalıb. Avrasiya qitəsində yeni çağırışlar yaranıb. Çin və Azərbaycan bu qitədə önəmli ölkələrdir. Çin və Azərbaycan dövlətləri arasında münasibətlərin inkişafı bu qeyri-sabit dövrə bir inam gətirdi. Bizim üçün yeni perspektivlər, yeni dəhlizlər var. Biz birlikdə sülh və təhlükəsizliyi Şanxay Əməkdaşlıq Təşkilatı platformasında təşviq edirik. Biz səmimi qəlbdən Şanxay Əməkdaşlıq Təşkilatının daha mühüm rol oynayacağına inanırıq. Çin və Azərbaycan birlikdə Avrasiyada təhlükəsizlik konsepsiyası həyata keçirir. Avrasiya qitəsində sülh və təhlükəsizliyin təmin edilməsi üçün bu əməkdaşlıq zəmin yaradır”.
Lyu Cyançao qeyd edib ki, Çin və Azərbaycan Qlobal Cənubun önəmli üzvləridir: “Çin və Azərbaycan Qlobal Cənub dövlətlərinin inkişafı üçün səylərini birləşdirir. Si Cin Pin həmişə deyib ki, beynəlxalq vəziyyət dəyişsə belə, Çin hər zaman Avrasiya qitəsində inkişaf edən dövlətlərin dəstəkçisi kimi qalacaq. Qlobal Cənub dövlətlərinin üstünlüyü böyükdür, bu dövlətlər terrora qarşı çıxış edirlər. Çin və Azərbaycan Qlobal Cənubun ən effektiv səsi olan dövlətlərə çevrilib”.
Oxşar xəbərlər
YAP ilə Çin Kommunist Partiyası arasında memorandum imzalanıb
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdirini qəbul edib
Baş nazir: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin inkişafına təkan verəcək
Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilib
Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













