İlham Əliyev almaniyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb
Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırıb.
"Report" xəbər verir ki, dövlət başçısı bu barədə jurnalistlərin suallarına cavabında bildirib
“Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısı bildirib ki, 2024-cü ilin yanvarına qədər Ermənistan təkidlə sülh müqaviləsinə salmaq istədiyi dırnaqarası “Dağlıq Qarabağ respublikası” yoxdur, bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev almaniyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb
Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
