Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentinə başsağlığı verib
sizinxeber.az xəbər saytı

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentinə başsağlığı verib


Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

APA xəbər verir ki, Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə ünvanlandığı məktubda təyyarə qəzası ilə xəbəri böyük kədərlə öyrəndiyini bildirib.

Dövlətimizin başçısına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verən və həmrəyliyini ifadə edən Almaniya Prezidenti bu ağır vaxtlarda fikirlərinin ailə üzvlərini və dostlarını itirənlərlə olduğunu qeyd edib.

O, yaralananların tezliklə və tam şəkildə sağalmalarını arzulayıb, bu faciənin araşdırılmasında sürətli irəliləyişə nail olunacağına ümid etdiyini vurğulayıb.

Oxşar xəbərlər

Almaniya Prezidenti: Bu faciənin araşdırılmasında sürətli irəliləyişə nail olunacağına ümid edirəm
Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib
Tacikistan Prezidenti Emoməli Rəhmondan Prezident İlham Əliyevə başsağlığı verib
Almaniya Prezidenti Bundestaqa növbədənkənar seçkilərin tarixini təsdiqləyib
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər