Ştaynmayer: Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır
sizinxeber.az xəbər saytı

Ştaynmayer: Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır


Bütün Avropa, o cümlədən Almaniya Cənubi Qafqaz regionunda sabitlik olmasında maraqlıdır.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer martın 31-də İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib.

Məlumata görə, iki ölkə prezidentləri görüş zamanı digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarına da toxunublar.

“Almaniyada və Avropada hamımız Cənubi Qafqaz regionunda sabitlik olmasında çox maraqlıyıq”, - Ştaynmayer deyib.

O, əldə olunmuş tərəqqini və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanı “çox təsiredici” adlandırıb və tərəfləri təbrik edib.

Oxşar xəbərlər

Zaxarova: Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdır
İrəvanda Almaniya Prezidentinin qarşılanma mərasimi keçirilir
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentinə başsağlığı verib
Piter Stano: “Aİ Bakı ilə İrəvan arasında sülh prosesinə sadiq qalır”
Şarl Mişel: Aİ Cənubi Qafqazda sabitlik və rifaha yönəlmiş səyləri dəstəkləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle