USAİD, “Amerikanın səsi”, “Azadlıq” radiosu fəaliyyət göstərdikləri ölkələrin daxili işlərinə qarışıblar - RƏY
USAID agentliyi, "Amerikanın səsi" və "Azadlıq" radiosunun işlərinin təhlili göstərir ki, onlar fəaliyyət göstərdikləri ölkələrdə siyasi hakimiyyəti tənqid etmək, onların daxili işlərinə qarışmaq xəttini davam etdiriblər.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, həmin media qurumları yaradıldığı dövrdən bəri digər dövlətlərə qarşı siyasi təzyiq aləti kimi istifadə olunub:
“Onlar davamlı olaraq müxalifətin dəstəklənməsi və hakimiyyətə qarşı təzyiqlərin artırılması istiqamətində səylər göstəriblər. Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə də biz bu qurumların dövlətə və xalqa qarşı müxtəlif kampaniyalar keçirdiyini gördük”.
O qeyd edib ki, onların Azərbaycanda sərbəst yayılmasının nəticələrini öngörə bilən hökumət bununla bağlı addımlar atdı.
“İndi isə ABŞ özü daxildə USAID agentliyinin, “Amerikanın səsi”, “Azadlıq” radiosunun fəaliyyətinin dayandırılması üçün addımlar atır”.
Deputatın sözlərinə görə, USAID agentliyinin, “Amerikanın səsi”, “Azadlıq” radiosunun fəaliyyətindən narazılığının obyektiv və subyektiv olan ciddi səbəbləri var:
“USAID agentliyi, “Amerikanın səsi”, “Azadlıq” radiosu insan hüquqlarının müdafiəsi ilə məşğul olduğunu iddia etsə də, reallıqda onlar Azərbaycanda bəzi digər dövlətlərin maraqlarını təmin etməyə çalışırdılar. Onlar cəmiyyətdə gərginlik yaratmaqla Ermənistanın mövqeyinə dəstək verirdilər”.
Oxşar xəbərlər
"Amerikanın Səsi" və "Azadlıq Radiosu" bağlansın! - İlon Mask
Gürcü ekspert: “Amerikanın Səsi” və “Azadlıq Radiosu” ölkədə dağıdıcı fəaliyyətlə məşğul olur
Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib
Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun bağlanması çağırışını dəstəkləyib
Prezident: "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

