Gürcü ekspert: “Amerikanın Səsi” və “Azadlıq Radiosu” ölkədə dağıdıcı fəaliyyətlə məşğul olur
“Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun Gürcüstandakı redaksiyaları son bir neçə ildir ki, ölkədə dağıdıcı fəaliyyətlə məşğul olurlar.
Bu fikirləri “Sizinxeber.az”un Gürcüstan bürosuna ölkənin tanınmış siyasi eksperti Giya Abaşidze deyib.
Onun sözlərinə görə, sözügedən radiostansiyaların xəbərləri, "məqalə" və "icmal"ları radikal müxalifətin dedikləri ilə tam üst-üstə düşür.
Ekspert Vaşinqtonun həmin media quruluşlarının maliyyələşdirilməsinin dayandırılması ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirib.
Abaşidze onların fəaliyyətini jurnalistika adlandıra bilməyəcəyini vurğulayaraq bu media vasitələrinin Gürcüstanın dövlətçiliyinə və demokratiyasına qarşı ciddi təhdid olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki, Gürcüstan xalqı bu vəziyyətin dəyişməsindən məmnundur.
"Yeni ABŞ administrasiyası bu sabotajçılar haqqında həqiqəti söyləyirlər. Belə parazitlər amerikalı vergi ödəyiciləri tərəfindən maliyyələşdirilməməlidir”, - deyə G.Abaşidze əlavə edib.
Oxşar xəbərlər
"Amerikanın Səsi" və "Azadlıq Radiosu" bağlansın! - İlon Mask
Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun bağlanması çağırışını dəstəkləyib
Giya Abaşidze: Avropa Gürcüstanın suverenliyini təhdid edir
Prezident: "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar
Mask “Azadlıq” və “Amerikanın səsi” radiolarını bağlamağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
