İcraçı direktor: İki ilə yaxın dövr ərzində BTQ uğur qazanıb
sizinxeber.az xəbər saytı

İcraçı direktor: İki ilə yaxın dövr ərzində BTQ uğur qazanıb


"Bakı Təşəbbüs Qrupu 2 ilə yaxındır fəaliyyətə başlayıb. İki ilə yaxın dövr ərzində BTQ 20-dən çox beynəlxalq tədbir keçirib".

Sizinxeber.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BTQ-nin təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu gün keçirilən tədbir 25-ci tədbirdir: “Bizim hələ 2 yaşımız tamam olmayıb. Bu, başladığımız yolda bizim uğurumuzdur”.

A. Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu 2 il ərzində 6 memorandum imzalayıb və bu gün 7-ci memorandumun imzalanması gözlənilir.

İcraçı direktor vurğulayıb ki, bu dövr ərzində 10-dan çox hesabat hazırlanıb və beynəlxal qurumlara təqdim edilib: ”Fərqli beynəlxalq platformalarda bəyanatlar, hesabatlarla çıxış etmiş, uğur qazanmışıq. Fransa hökumətindən fərqli olaraq, bizim hər addımımız beynəlxaql hüquq çərçivəsindədir”.

Oxşar xəbərlər

BTQ Fransanın Dənizaşırı ərazilərindəki siyasi məhbuslara hərtərəfli dəstək göstərir
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bu il 17 beynəlxalq konfrans təşkil edib
İcraçı direktor: Boneyradan olan təşkilatlarla imzaladığımız memorandumun çox mühüm nəticələri olacaq
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir - FOTO
Bakı Təşəbbüs Qrupu ilə Reyunyon adasının təşkilatı arasında memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle