Azərbaycanın baş konsulu Arizona ştatının dövlət rəsmiləri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Azərbaycanın baş konsulu Arizona ştatının dövlət rəsmiləri ilə görüşüb


Azərbaycanın Kaliforniya ştatının Los-Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov Arizona ştatının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.

“Report” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

“Dövlət və Beynəlxalq Əlaqələr Komitəsinin sədri Toni Rivero və Arizona Nümayəndələr Palatasının nümayəndəsi Castin Uilmetlə görüşməkdən məmnunam”, - deyən azərbaycanlı diplomat mühüm məsələləri müzakirə etmək imkanına görə dövlət rəsmilərinə minnətdarlığını bildirib.

Baş konsul eyn zamanda ştatın Dövlət katibi (Vitse-qubernatorun oxşarı - Qeyd) Adrian Fontes ilə də görüşüb: “Mənalı görüşə və gözəl müzakirəyə görə təşəkkür edirəm. Biz Azərbaycan və Arizona arasında daha sıx tərəfdaşlıq gözləyirik”.

Oxşar xəbərlər

Azərbaycanın Los-Ancelesdəki baş konsulu səudiyyəli həmkarı ilə görüşüb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu qətərli həmkarı ilə görüşüb
ABŞ-nin Arizona ştatında iki təyyarənin toqquşması nəticəsində bir nəfər ölüb
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib
KİV: Arizonada iki təyyarə toqquşub, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər