Katerina Yuşşenko: Rusiyanın aktivləri tam həcmdə verilsə, Ukrayna daha çox silahlana bilər
sizinxeber.az xəbər saytı

Katerina Yuşşenko: Rusiyanın aktivləri tam həcmdə verilsə, Ukrayna daha çox silahlana bilər


Biz hesab edirik ki, əgər Rusiyanın müsadirə olunan aktivləri tam həcmdə Ukraynaya verilsə, ölkəmiz daha çox silahlana bilər.

Bakı Qlobal Forumunda Ukrayna məsələsi müzakirə olunub

Sizinxeber.az-nın məlumatına görə, XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Sülhə doğru” panelində Ukrayna 3000 Fondunun sədri Katerina Yuşşenko çıxış edib.

“Bəzi ölkələr Ukraynanın müstəqilliyini qorumağa dəstək verməlidir”

Katerina Yuşşenko bəzi dövlətlərin Ukraynanın müstəqilliyini dəstəkləmək əvəzinə ona diktə etməyə çalışdığını bildirib: "Bizim üçün məsələ sırf ərazi problemi deyil. Biz işğal altındakı bölgələrdə insanların məhv edilməsinin, işgəncələrin və kitabxanaların dağıdılmasının qarşısını almaq istəyirik. Buna görə də bəzi ölkələr bizə diktə etmək əvəzinə, iradəmizi nəzərə alıb, müstəqilliyimizi qorumağımıza imkan verməlidir."

“NATO üzvlüyü müharibənin səbəbi deyil”

Yuşşenko vurğulayıb ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən Ukraynanın NATO-ya üzvlüyü gündəmdə olmayıb. O, bu səbəbdən NATO məsələsinin müharibənin əsas səbəbi kimi göstərilməsinin yanlış olduğunu qeyd edib.

“Dünya ölkələri aqressoru tanıyır”

Katerina Yuşşenko əlavə edib ki, beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna münaqişəsində hücum edən və zərərçəkən tərəfi aydın şəkildə görür: "Rusiya imperialist ideyalara malik dövlətdir", – deyə o bildirib.

Rusiya daha əvvəl Krımı Ukraynanın tərkib hissəsi kimi tanıyıb

Yuşşenko Ukraynanın Rusiya ilə razılaşmalar üzrə keçmiş təcrübəsinə də toxunub. Onun sözlərinə görə, 1991-ci ildə Rusiya Krımın Ukraynanın ərazisi olduğunu qəbul edib və referendumun nəticələrini tanıyıb.

Oxşar xəbərlər

Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər
XI Qlobal Bakı Forumu başa çatıb
Azərbaycan bərpa prosesində Ukraynaya kömək edə bilər
Suriya XİN başçısı: Ukrayna ilə strateji tərəfdaşlığa ümid edirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər