Azərbaycan bərpa prosesində Ukraynaya kömək edə bilər
sizinxeber.az xəbər saytı

Azərbaycan bərpa prosesində Ukraynaya kömək edə bilər


Azərbaycan müharibədən sonra yenidənqurma və bərpa işlərində Ukraynaya kömək edə bilər.

Bu barədə “APA-Economics”ə müsahibəsində Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib.

"Biz ümid edirik ki, xüsusilə müharibənin ilk aylarında bizə böyük humanitar dəstək verən və göstərməkdə davam edən Azərbaycan münaqişə başa çatdıqdan sonra Ukraynanın bərpasında da iştirak edəcək", - Gennadi Çijikov qeyd edib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Azərbaycanla əməkdaşlığın inkişafının bir neçə istiqamətinə ümid edir. Bunların sırasına yanacaq təchizatı və energetika, enerji avadanlıqlarının təchizatı və bu sahəyə aid olan digər məsələlər daxildir.

"Ukrayna enerji sistemini dəyişəcək, mərkəzləşdirilməmiş şəkildə qurulacaq. Böyük sərmayə “yaşıl enerji”yə yönəldiləcək. Bu, hər kəs üçün böyük bir fürsətdir", - Palata rəhbəri qeyd edib.

Oxşar xəbərlər

Bu il Ukrayna-Azərbaycan arasında ticarət dövriyyəsi 500 mln. dolları ötə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər