Fəxrəddin Altun: BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur
BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun martın 4-də Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Stratcom Public Forum” çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı panelin iştirakçılarına videomüraciətində bildirib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri də BMT-də islahata ehtiyacı olduğunu ifadə edir:
“Biz daha hərtərəfli bir dünya inşa etməyə çalışırıq. Dövlətlər, QHT-lər və media quruluşları arasında daha güclü əlaqənin tərtib edilməsinə ehtiyac var. Türkiyə beynəlxalq ictimaiyyətin də iştirakı ilə daha ədalətli bir dünya inşa etməyin mümkünlüyünə inanır”.
Oxşar xəbərlər
Fəxrəddin Altun: Azərbaycanla birgə mexanizmimiz dezinformasiyaya qarşı gücümüzü birləşdirəcək
İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu keçirilir
Fəxrəddin Altun: Qarabağ Azərbaycan torpağıdır
Türkiyəli diplomat: Beynəlxalq təşkilatların qarşıdurmaları qızışdırdığı bir vəziyyət yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
