Nazirlər Kabineti Əli Əsədovun Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda rus dilində çıxış etməsinə aydınlıq gətirib
sizinxeber.az xəbər saytı

Nazirlər Kabineti Əli Əsədovun Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda rus dilində çıxış etməsinə aydınlıq gətirib


Təşkilat Komitəsi Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda iki dili – rus və fars dillərini rəsmi dil kimi təsdiqləyib.

Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sosial şəbəkələrdə Baş nazir Əli Əsədovun Üçüncü Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda rus dilində danışmasına vurğu edilməsinə münasibət bildirərkən söyləyib.

İbrahim Məmmədov deyib ki, Təşkilat Komitəsi Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda iki dili – rus və fars dillərini rəsmi dil kimi təsdiqləyib. Üçüncü Forumda ev sahibi - İranın 1-ci vitse-prezidenti və fəxri qonaq kimi dəvət olunmuş Tacikistanın Baş naziri fars dilində çıxış ediblər: “Ona görə ki, fars dili Forumun rəsmi dilidir. Başqa hökumət başçıları isə rus dilində çıxış etdilər. Bu, məsələnin təşkilati tərəfidir. Texniki baxımdan isə tərcümə yalnız fars dilindən rus dilinə, rus dilindən isə fars dilinə edilirdi. Baş nazir yalnız Forumun tədbirlərində rus dilində çıxış edib. İran İslam Respublikasının 1-ci vitse-prezidenti Məhəmməd Arefi və İranın Prezidenti Məsud Pezeşkianla ikitərəfli görüşlərdə isə Baş nazir Azərbaycan dilində danışıb və ümumiyyətlə bütün danışıq Azərbaycan dilində aparılıb”.

Oxşar xəbərlər

Əli Əsədov bu forumda niyə rus dilində çıxış edib?
İran səfiri: Ermənistanın fars dilinin öyrənilməsinə şərait yaratmasını yüksək qiymətləndiririk
Gürcüstan Davos İqtisadi Forumunda iştirak etməyəcək
Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək
Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər