Əli Əsədov bu forumda niyə rus dilində çıxış edib?
Təşkilat Komitəsi Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda iki dili – rus və fars dillərini rəsmi dil kimi təsdiqləyib.
Sizinxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sosial şəbəkələrdə Baş nazir Əli Əsədovun Üçüncü Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda rus dilində danışmasına vurğu edilməsinə münasibət bildirərkən söyləyib.
İbrahim Məmmədov deyib ki, Təşkilat Komitəsi Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda iki dili – rus və fars dillərini rəsmi dil kimi təsdiqləyib. Üçüncü Forumda 5 ev sahibi - İranın 1-ci vitse-prezidenti və fəxri qonaq kimi dəvət olunmuş Tacikistanın Baş naziri fars dilində çıxış ediblər:
“Ona görə ki, fars dili Forumun rəsmi dilidir. Başqa hökumət başçıları isə rus dilində çıxış etdilər. Bu, məsələnin təşkilati tərəfidir. Texniki baxımdan isə tərcümə yalnız fars dilindən rus dilinə, rus dilindən isə fars dilinə edilirdi. Baş nazir yalnız Forumun tədbirlərində rus dilində çıxış edib. İran İslam Respublikasının 1-ci vitse-prezidenti Məhəmməd Arefi və İranın Prezidenti Məsud Pezeşkianla ikitərəfli görüşlərdə isə Baş nazir Azərbaycan dilində danışıb və ümumiyyətlə bütün danışıq Azərbaycan dilində aparılıb”.
Oxşar xəbərlər
İran səfiri: Ermənistanın fars dilinin öyrənilməsinə şərait yaratmasını yüksək qiymətləndiririk
Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək
İran və Rusiya Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişini müzakirə edirlər
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
İran Fars körfəzində keçirilən təlimlərdə süni intellekt elementli raketlər tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
