Ukrayna səfiri: Azərbaycanın humanitar yardımları hər zaman xatırlanacaq
2022-ci il fevralın 26-da Azərbaycandan humanitar yardım daşıyan ilk təyyarənin Polşaya necə eniş etdiyi hər zaman xatırlanacaq.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü ilə bağlı müraciətində deyilir.
“Cəmi bir neçə gün əvvəl enerji sistemimizi bərpa etmək üçün Azərbaycandan elektrik avadanlıqlarının daha bir partiyası Ukraynaya çatdırılıb. Biz bunu yüksək qiymətləndiririk və həmişə xatırlayacağıq. Biz Ukraynaya kömək edən və kömək etməkdə davam edən əsl dostlarımıza sonsuz minnətdarıq. Avstraliya, Azərbaycan, Bolqarıstan, Vatikan, Böyük Britaniya, Gürcüstan, İspaniya, İtaliya, Kanada, Almaniya, Slovakiya, ABŞ, Türkiyə, Macarıstan, Xorvatiya, Yaponiya və bir çox başqa ölkələrə – milyonlarla ukraynalı qaçqınlara sığınacaq verdiklərinə görə, hərbi və humanitar yardım üçün minnətdarıq”, - səfir qeyd edib.
Oxşar xəbərlər
Ukrayna səfiri: Azərbaycana davamlı dəstəyinə görə təşəkkür edirik
Azərbaycan bərpa prosesində Ukraynaya kömək edə bilər
Səfir: Ukrayna müntəzəm humanitar yardıma görə Azərbaycana minnətdardır
Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salınıb
Millətlər Liqası: Türkiyə və Fransadan qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











