sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Səfir: Ukrayna müntəzəm humanitar yardıma görə Azərbaycana minnətdardır
Ukrayna göstərilən müntəzəm yardıma görə Azərbaycana təşəkkürünü bildirir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Azərbaycan Ukraynaya növbəti humanitar yardım partiyası göndərib. Ukraynanın enerji infrastrukturunun bərpasına kömək etmək üçün Prezident İlham Əliyevin ayırdığı 1 milyon ABŞ dolları dəyərində kabel və elektrik avadanlığı partiyası artıq yoldadır. Daimi dəstəyə görə Azərbaycana minnətdarıq", - diplomat yazıb.
Qeyd edək ki, Azərbaycan 2022-ci ildən etibarən Ukraynaya 40 milyon dollardan çox məbləğdə humanitar yardım göstərib.
Oxşar xəbərlər
Ukraynalı nazir: Minatəmizləmədəki yardıma görə Azərbaycana minnətdarıq
Ukrayna səfiri GUAM-ın baş katibi ilə görüşüb
İspaniya Ukraynaya humanitar yardım üçün 10 milyon avro ayırıb
Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
