Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb - YENİLƏNİB 2
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat-kommunikasiyalar aspektləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalar çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər, eyni zamanda Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsi və Suriyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov, həmçinin həmkarını hazırkı regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı ətraflı məlumatlandırıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
***
19:45
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxendə Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım olunub.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəmdə olub.
Nazir regiondakı son vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib.
19:08
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüş Münxen Təhlükəsizlik Konfransında çərçivəsində baş tutub.
Oxşar xəbərlər
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb - YENİLƏNİB
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
