Sizinxeber.az » Siyasət » Xarici siyasət » Vaşinqtonda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Vaşinqtonda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Azərbaycan səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, hərbi attaşe Rüstəm Gözəlov və bu ölkədə yaşayan Azərbaycan diasporasının nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, büstü önünə əklillər və tər çiçəklər qoyublar.

Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Ümummilli Liderin qətiyyətli mübarizəsi sayəsində Azərbaycan xalqının mürəkkəb tarixi və siyasi sınaqlardan uğurla çıxdığını vurğulayıb. Diplomat Ulu Öndərin misilsiz xidmətlərinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.

Heydər Əliyevin hər kəsə nümunə olan ölməz ideyalarından söhbət açan səfir, onun siyasi xəttinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Səfir həmçinin, bu il Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinin qeyd olunduğunu bildirərək, fəaliyyəti dövründə fond tərəfindən hər zaman gənclərimizin təhsil almasına və beynəlxalq müsabiqələrdə iştirakına dəstək olduğunu vurğulayıb. Səfir çıxışının sonunda Ümummilli Liderin həyata keçirmək istədiyi fəaliyyətləri bu gün Heydər Əliyev Fondu vasitəsilə həyata keçirildiyini qeyd edib.

Tədbirdə çıxış edən hərbi attaşe R.Gözəlov Ümummilli Liderin ölkəmizin müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. O çıxışı zamanı həmçinin, Heydər Əliyevin ölkəmizdə ordu quruculuğunda müstəsna xidmətlərini vurğulayıb. Belə ki, Heydər Əliyev orduda islahata başladı, ordunun inkişafı üçün həm maddi-texniki zəmin, həm də ruh yüksəkliyi yaratdı.

Tədbirin rəsmi hissəsinin yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış Ümummilli Lider Heydər Əliyevin xarici siyasət fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə həmçinin, Ümummilli Lider Heydər Əliyevin ABŞ-yə rəsmi və işgüzar səfərlərini əks etdirən fotolardan ibarət sərgi təşkil edilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !