Azərbaycan və Karib Ölkələri Birliyi (CARICOM) arasında əməkdaşlıq məsələləri müzakirə edilib
7 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfiri Ruslan Rzayev Karib Ölkələri Birliyi (CARICOM) yanında səlahiyyətli nümayəndə təyin edilməsi ilə bağlı məktubunu bu təşkilatın baş katibi Karla Barnetə təqdim edib.
Sizinxeber.az xəbər verir ki, görüş zamanı, Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
CARICOM-un baş katibinin, eləcə də üzv ölkələrdən yüksək səviyyəli nümayəndə heyətlərinin COP29-da fəal iştirakı, COP29 çərçivəsində həyata keçirilmiş ikitərəfli görüşlər, o cümlədən CARICOM-un öz stendi ilə COP29 pavilyonunda təmsil olunması məmnunluqla qeyd edilib.
Görüşdə CARICOM-un üzv ölkələri də daxil olmaqla Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə göstərilən humanitar yardımlara toxunulub. Azərbaycan və CARICOM-a üzv dövlətlər arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan tərəfinin CARICOM-la əməkdaşlığa göstərdiyi marağın yüksək qiymətləndirildiyini və istər CARICOM təşkilatı ilə birbaşa, istərsə də üzv dövlətləri ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dəstək göstərməyə hazır olduqları bildirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Karib Ölkələri Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov Karib Ölkələri Birliyinin baş katibi Karla Barnet ilə görüşüb
Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb
Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərlə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
