Ceyhun Bayramov Karib Ölkələri Birliyinin baş katibi Karla Barnet ilə görüşüb
15 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Barnet ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, görüşdə Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində həyata keçirilə biləcək təşəbbüslər müzakirə olunub.
Nazir Ceyhun Bayramov CARICOM tərəfindən ölkəmizə ilk səfərin Azərbaycanın Birliklə əməkdaşlığının inkişaf etdirilməsi üçün yaxşı fürsət olduğunu qeyd edərək, əməkdaşlıq üçün mövcud imkanların müzakirəsi baxımından bu kimi təmasların artırılmasının vacibliyini diqqətə çatdırıb.
Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz tərəfindən 20 kiçik ada dövləti daxil olmaqla, ümumilikdə 80-dən artıq ölkəyə humanitar yardım göstərildiyi, bu ölkələr sırasında CARICOM-a üzv 12 dövlətin də olduğu qeyd edilib.
Azərbaycan və CARICOM-a üzv dövlətlər, habelə xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə təhsil sahəsində əməkdaşlığın, ölkəmiz tərəfindən həyata keçirilən təqaüd proqramlarının əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycanın COP29 sədrliyi, əsas prioritet və istiqamətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin təşəbbüslərinə, xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsinə göstərilən dəstəyə görə CARICOM-a təşəkkür edib, sədrliyimiz dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha yaxından əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.
Baş katib Karla Barnet COP29 sədrliyinin kifayət qədər mürəkkəb və məsuliyyət tələb edən platforma olmasına baxmayaraq, ölkəmiz tərəfindən sessiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu münasibətlə ölkəmizi təbrik edib, sədrlik dövründə uğurlar arzu edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Taha ilə görüşüb
Azərbaycanın XİN başçısı kolumbiyalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
