Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Bakıda Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə "Sizinxeber.az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Slovakiya nümayəndə heyətinə isə Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin Konsulluq departamentinin direktoru Martin Barton rəhbərlik edib.
Məsləhətləşmədə həmçinin hər iki tərəfin xarici işlər orqanlarının müvafiq idarələrinin əməkdaşları, Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəsmisi və Slovakiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak ediblər.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində effektiv və çevik konsulluq yardımın göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Slovakiyanın və Azərbaycanın viza siyasəti barəsində fikir mübadiləsi aparılıb.
Azərbaycanla Slovakiya arasında miqrasiya, əmək, sosial müdafiə və s. kimi sahələrdə əməkdaşlığın inkişafı üçün bir sıra təkliflər müzakirə edilib, müvafiq istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair razılıq ifadə olunub.
Oxşar xəbərlər
Azərbaycanla Slovakiya arasında konsulluq məsləhətləşmələri aparılıb
Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
Azərbaycanla Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Kolumbiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Kolumbiya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
