Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
Bakı şəhərində Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Slovakiya nümayəndə heyətinə isə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin Konsulluq departamentinin direktoru Martin Barton rəhbərlik edib.
Məsləhətləşmədə həmçinin, hər iki tərəfin xarici işlər orqanlarının müvafiq idarələrinin əməkdaşları, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmisi və Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri iştirak ediblər.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində effektiv və çevik konsulluq yardımın göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Slovakiya Respublikasının və Azərbaycan Respublikasının viza siyasəti barəsində fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında miqrasiya, əmək, sosial müdafiə və s. kimi sahələrdə əməkdaşlığın inkişafı üçün bir sıra təkliflər müzakirə edilib, müvafiq istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair razılıq ifadə olunub.
Oxşar xəbərlər
Azərbaycanla Slovakiya arasında konsulluq məsləhətləşmələri aparılıb
Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Budapeştdə ilk Azərbaycan-Macarıstan konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Kolumbiya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Tbilisidə Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib, protokol imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













