Baş nazir: Azərbaycan tranzit imkanlarını Aİİ-yə üzv ölkələrə təqdim edir
Azərbaycan üzərindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir.
APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Avrasiya hökumətlərarası Şuranın iclasında deyib.
Baş nazir bildirib ki, Azərbaycan ərazisi üzərindən yüklərin daşınması sabit templə artır, ötən il tranzit daşımaların həcmi 8% artıb: “Yükdaşımaların artım dinamikasını nəzərə alaraq, biz nəqliyyat dəhlizlərin imkanlarının genişləndirilməsi istiqamətində fəal addımlar atırıq. Azərbaycanda dəmir yolu, avtomobil yolu və liman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq işlər aparılır. Bu imkanlarımızı həvəslə Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşlarımıza təqdim edirik”.
Əli Əsədov nəzərə çatdırıb ki, keçən il Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə Azərbaycan arasında ticarət dövriyyəsi 14 faizdən çox artıb.
Qeyd edək ki, Azərbaycan iclasda qonaq kimi iştirak edir.
Oxşar xəbərlər
Əli Əsədov: "Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biridir"
Nazir müavini: Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb
“Şimal-Cənub” dəhlizi ilə bağlı Azərbaycan-Rusiya hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
