Baxtiyor Saidov: Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var
sizinxeber.az xəbər saytı

Baxtiyor Saidov: Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var


Yaxın gələcəkdə Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var.

"Report"un məlumatına görə, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib:

“Son illər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığımız görülməmiş səviyyədə inkişaf edib. Görüşdə əməkdaşlığı daha da genişləndirmə yollarını müzakirə etdik. Özbəkistan açıq, praqmatik bir xarici siyasət yürüdür. Biz uzaq və yaxın coğrafiyada strateji tərəfdaşlarımızla əməkdaşlığı dərinləşdirməkdə qərarlıyıq. Özbəkistan üçtərəfli əməkdaşlıqdan faydalanaraq yeni fürsətlər yaratmağın tərəfdarıdır”, - Nazir əlavə edib.

Oxşar xəbərlər

Baxtiyor Saidov: Trans-Əfqanıstan dəmir yolu qlobal tədarük zəncirinin bir parçası olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan XİN rəhbəri: Üç ölkənin əməkdaşlığı yeni nəqliyyat dəhlizlərinin yaradılmasına səbəb olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəqliyyat sahəsində Azərbaycan, Türkiyə və Özbəkistan arasında yol xəritəsi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN rəhbəri: Suriya Azərbaycan, Türkiyə və Özbəkistan üçün yeni əməkdaşlıq platforması olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər