Səfir: Bu il ilk dəfə MDB və BMT arasında qarşılıqlı fəaliyyətə dair birgə tədbir keçiriləcək
sizinxeber.az xəbər saytı

Səfir: Bu il ilk dəfə MDB və BMT arasında qarşılıqlı fəaliyyətə dair birgə tədbir keçiriləcək


MDB tarixində ilk dəfə olaraq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda (2025-ci ilin sentyabrında) MDB və BMT arasında qarşılıqlı fəaliyyətə dair yüksək səviyyəli birgə tədbir keçiriləcək.

“Sizinxeber.az” xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bu gün ölkəsinin 2025-ci ildə MDB-də sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

"BMT Baş Assambleyasının BMT ilə MDB arasında əməkdaşlıq haqqında növbəti qətnaməsinin qəbuluna da dəstək veriləcək. Bundan əlavə, Birliyə üzv olan ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində beynəlxalq gündəliyin aktual məsələləri üzrə bəyanatların hazırlanması və qəbulu istiqamətində səylər davam etdiriləcək", - o vurğulayıb.

Oxşar xəbərlər

Səfir Tacikistanın MDB-yə sədrliyi dövründə görüləcək işləri açıqlayıb
MDB XİN Şurasının iclası aprelin 12-də keçiriləcək
Bakıda Tacikistanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib
Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı müəyyənləşib
Səfir: Düşənbə MDB-də sədrliyi çərçivəsində əsas məqsədlərə nail olmağa kömək etmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər