MDB XİN Şurasının iclası aprelin 12-də keçiriləcək
sizinxeber.az xəbər saytı

MDB XİN Şurasının iclası aprelin 12-də keçiriləcək


Aprelin 12-də Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçiriləcək.

“Sizinxeber.az” xəbər verir ki, bunu Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

“Aprelin 12-də Minskdə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Regional və beynəlxalq gündəliyin cari aspektləri, MDB çərçivəsində qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır”, - o bildirib.

Onun sözlərinə görə, iclasda siyasi, mədəni-humanitar, turizm və idman sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş bir sıra qərarların qəbulu planlaşdırılır.

Bundan başqa, birgə bəyanatların qəbul ediləcəyi də gözlənilir.

Oxşar xəbərlər

KTMT-nin Baş katibi sabah İrəvana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın xarici işlər naziri Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT Baş katibi Qazaxıstanın XİN başçısı ilə Zirvə görüşünün yekunlarını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İran xarici işlər nazirləri bölgədəki mövcud vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər