BTQ rəsmisi: Fransanın törətdiyi "Kruiz uşaqları" faciəsinə hələ də hüquqi qiymət verilməyib
Fransanın 60 il əvvəl törətdiyi "Kruiz uşaqları" faciəsinə ("Children of Creuse" case) hələ də hüquqi qiymət verilməyib.
"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müşaviri Aytən Qəhrəmanova Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, həmin vaxt 2 150 uşaq ata-anasından zorla alınaraq kilometrlərlə uzağa deportasiya ediliblər:
"Fransa hakimiyyəti o vaxt demoqrafik tarazlıq yaratmaq istəyirdi. Ona görə də uşaqlar Fransanın məskunlaşma çox olan hissələrində ailələrindən alınırdı. Onlar yoxsulluqla mübarizə aparan ailələrə söz veriblər ki, övladları Fransada daha yaxşı təhsil alacaq və ildə bir dəfə ailələrini ziyarət etmək şansları olacaq. Amma reallıqda bu uşaqların əksəriyyəti bütün qohumluq bağlarını itirib və onlar bir daha doğma adalarına ayaq basmayıblar".
A.Qəhrəmanova bildirib ki, ailəsindən alınan uşaqlar fransalı ailələrə övladlığa verilmə adı ilə ferma və kəndlərdə fəhlə kimi işlədiliblər:
"Həmin uşaqlara qarşı zorakılıq hallarının çox olduğu bildirilir. Biz insan hüquqlarının və xüsusən də uşaqların haqlarının pozulmasından danışarkən bu problemin həllində beynəlxalq təşkilatların rolunu və yerini mütləq nəzərə almalıyıq".
Oxşar xəbərlər
Fransanın Reyunyon adasında törətdiyi cinayətləri əks etdirən qısa sənədli film nümayiş olunub
Zahid Oruc: BTQ gördüyü işlərlə bu qədər səs yarada bilibsə, deməli, fəaliyyətinin nəticəsi var
Benjamin Klement: Reyunyonlular ada torpaqlarının öz sahiblərinə qaytarılmasını tələb edirlər
Thabit Ahmed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir
Yeni Kaledoniya nümayəndəsi: “Hələ də Fransa müstəmləkəçiliyinin mənfi nəticələrini yaşayırıq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
