Ankarada 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub
Ankarada 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Azadlığa gedən yolda assimetrik savaş” adlı tədbir keçirilib.
“Report”un Ankara Bürosu xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil edilən tədbir “Şuşa” konfrans mərkəzi”ndə baş tutub.
Tədbirdə şəhidlərin xatirəsi yad edilib Türkiyə Dəyanət işləri üzrə məsul şəxs Rasim Duran tərəfindən ruhlarına dua oxunub. Sonra Azərbaycan və Türkiyənin milli himnləri səsləndirilib.
Mərasimdə 20 Yanvar faciəsinə həsr olunmuş qısa film nümayiş edilib.
TADİV rəhbəri, professor Aygün Attar bildirib ki, həmin gün vətənlərinin azadlığı yolunda küçələrə çıxan insanlar tanklara qarşı canlarını sipər etdilər: “20 Yanvar həm də Azərbaycan qəhrəmanlıq tarixinin yazıldığı bir gündür”.
Azərbaycanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Əliyev ölkənin müstəqilliyini əldə etdikdən sonra ərazi bütövlüyü uğrunda uzun müddət mübarizə apardığını vurğulayıb və bu müqəddəs amal üçün canlarından keçmiş şəhidləri ehtiramla anıb. O bildirib ki, şəhidlər ölümü gözə alıb vətən uğrunda mübarizəyə qalxmışdılar: “Haqq səsinin dünyaya eşitdirmək istəyən insanların səsi bütün dünyanın gözünün önündə qan içində boğdular. Amma buna baxmayaraq xalq yenilmədi. Hazırda Qafqaz İslam Ordusunun qəhrəmanlarının Şəhidlər Xiyabanında şəhidlərimizlə eyni məkanda uyumalarının da başqa bir anlamı var”.
Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu isə 20 Yanvar hadisələrini belə ifadə edib: “20 Yanvarda bütün dünyanın gözləri önündə böyük bir insanlıq dramı yaşandı. Biz bu günü unutmayacağıq”.
Hacı Bayram Vəli Universitetinin müəllimi professor Zakir Avşar isə 20 Yanvar faciəsinin Azərbaycan üçün bir dönüş nöqtəsi olduğunu bildirib: “Çünki həmin gün Azərbaycanın doğum günü, sovet imperiyasının isə məğlubiyyətə uğradığı gündür. Öləcəklərini bilə-bilə ölümün gözünün içinə baxdılar. İnsanlar vətən, namus, müstəqillik üçün həyatlarını qurban verdilər”.
Azərbaycanın 20 Yanvar tarixini əsla unutmayacağını deyən Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Süver, 30 il işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə şəhidlərinin ruhunun şad olduğunu bildirib.
Tədbirin davamında “Qanlı Yanvar” adlı fotosərginin açılışı edilib.
Anım tədbirində Türkiyədən dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar və təhsil alan hərbçilər iştirak ediblər.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı-TÜRKSOY-un, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikalarının Türkiyədəki səfirliklərinin əməkdaşları da təmsil olunub.
Oxşar xəbərlər
Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub
Ankarada Azərbaycanın Anım Günü qeyd edilib
Ankarada 28 May - Müstəqillik Günü ilə əlaqədar “Can Azərbaycan” adlı proqram keçirilib
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü Ankarada qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
