Ankarada 28 May - Müstəqillik Günü ilə əlaqədar “Can Azərbaycan” adlı proqram keçirilib
Türkiyənin paytaxtı Ankarada 28 May - Müstəqillik Günü münasibətilə “Can Azərbaycan” adl proqram və şənlik keçirilib.
“Report”un Ankara bürosundan verilən məlumata görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə (TADİV) Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü qeyd olunub.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Ankara ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzində keçirilən tədbirdə TADİV sədri Aygün Attar ölkəmizin müstəqillik yolundan söz açıb.
“Məhz 1918-ci ildə Azərbaycanda irqindən, dinindən, məzhəbindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verildi. İqtisadiyyat, təhsil, dini etiqad və vicdan azadlığı sahələrində islahatlar aparılmaqla ölkə tarixində ilklər əldə olunub. Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkə olub”.
“Müstəqillik günü” şənliyində Azərbaycan musiqiləri və rəqsləri ifa olunub.
Oxşar xəbərlər
Ankarada Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamil Ayrım: “20 Yanvar 1990-cı ildə bütün Türkiyənin ürəyi Azərbaycan üçün vururdu” [xfgiven_updateblue][/xfgiven_updateblue]
TÜRKSOY Ankarada Rasim Ocaqovun xatirəsinə fotosərgi və "Təhminə" filminin nümayişini keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Koreya Prezidenti Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












