Kobaxidze: Regionda əməkdaşlığımız sülh və sabitliyin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir
sizinxeber.az xəbər saytı

Kobaxidze: Regionda əməkdaşlığımız sülh və sabitliyin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir


Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr ikitərəfli əməkdaşlığı dərinləşdirməlidir.

“Sizinxeber.az”un müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

"Regionda ölkələrimiz arasında əməkdaşlıq sülh və sabitliyin qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Biz bir-birimizin suverenliyini dəstəkləməyə davam edirik. Görüşdə region və dünyada cərəyan edən və mövqelərimizə təsir göstərən siyasi prosesləri müzakirə etdik, biz bütün çağırışların öhdəsindən birlikdə gəlməliyik", - Kobaxidze qeyd edib.

Baş nazirin sözlərinə görə, Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərin dərinləşdirilməsi prioritet təşkil edir.

"Biz həmçinin üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazırıq", - o əlavə edib.

Kobaxidze bildirib ki, Azərbaycan Prezidenti ilə görüşdə ikitərəfli gündəliyə aid məsələlər, regional vəziyyət və qlobal məsələlər müzakirə olunub.

"Əlbəttə ki, bütün bu proseslər regionumuza təsir göstərir", - deyən baş nazir Cənubi Qafqazda sülh və sabitliyin birgə səylərlə qorunmasına hazır olduqlarını qeyd edib.

Oxşar xəbərlər

Gürcüstanın Baş naziri: Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Baş naziri: İlham Əliyev Azərbaycanı irəli aparan liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər