Gürcüstanın Baş naziri: İlham Əliyev Azərbaycanı irəli aparan liderdir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi ölkəni irəli aparan lider adlandırıb.
“Sizinxeber.az”un müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
"Siz bizim üçün öz xalqının və dövlətinin maraqlarını qoruyaraq ölkəni irəli aparan lider nümunəsisiniz", - o qeyd edib.
İ.Kobaxidze həmçinin iki ölkə arasındakı qardaşlıq münasibətlərini qeyd edərək bu qardaşlığın strateji tərəfdaşlığa əsaslandığını bildirib:
"Əminik ki, bu qardaşlıq bundan sonra da inkişaf edəcək. Biz müttəfiqik və bir-birimizi qətiyyətlə dəstəkləyirik".
Siyasətçi Gürcüstanın baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbriklərinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
Onun sözlərinə görə, Gürcüstanda hakim partiyanın qələbəsi regionda sülh və sabitliyi təmin edəcək.
Oxşar xəbərlər
İrakli Kobaxidze İlham Əliyevlə görüşə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanın Azərbaycandakı yeni səfirliyi üçün ayrılan torpaq sahəsinə baxış keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












