Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən M.Qrono vurğulayıb ki, Aİ Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
O, Azərbaycanın region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Oxşar xəbərlər
Xüsusi nümayəndə: Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan XİN başçısının müavini Sloveniyada Avropa ölkələrinin enerji təhlükəsizliyinə verilən töhfədən danışıb
Prezident: Azərbaycanla Aİ arasında əməkdaşlıq zəngin tarixə malikdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
