Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb - FOTO - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, 30 dekabr tarixində ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Ümumi çəkisi 200 tona yaxın olan humanitar yardımın Gürcüstan və Türkiyə əraziləri üzərindən daşınmaqla, Türkiyə-Suriya sərhədindəki “Çobanbey” keçid məntəqəsinə çatdırılması planlaşdırılır.

Sözügedən yardımın Suriya Ərəb Respublikasının İdlib şəhərində Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Başqanlığının (AFAD) dəstəyi ilə ünvanı üzrə paylanması nəzərdə tutulur.

Yardım karvanının yola salınması mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edib.

***

10:49

Suriyada Əsəd rejiminin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq, Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.

APA xəbər verir ki, yüklərin yolasalma tədbirində Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

XİN Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib ki, yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir: “Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq”.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Onlar keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçiriblər və Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Suriyada Azərbaycan səfirliyinin 2012-ci ildən fəaliyyət göstərməməsi və səfirliyin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan Suriyaya 200 ton ərzaq və qida məhsulu göndərilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan Suriyaya 200 ton ərzaq və qida məhsulu göndərilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Suriyada humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər