Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb - FOTO



Suriyada Əsəd rejiminin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq, Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.

Sizinxeber.az xəbər verir ki, yüklərin yolasalma tədbirində Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

XİN Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib ki, yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir: “Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq”.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Onlar keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçiriblər və Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Suriyada Azərbaycan səfirliyinin 2012-ci ildən fəaliyyət göstərməməsi və səfirliyin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycandan Suriyaya 200 ton ərzaq və qida məhsulu göndərilir - FOTO
Azərbaycandan Suriyaya 200 ton ərzaq və qida məhsulu göndərilir
Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşüb
Almaniya Suriyaya 8 milyon avro yardım ayıracaq
Azərbaycan XİN rəhbərinin müavini Suriyaya gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər