sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qazaxıstan Parlament Məclisinin sədri Milli Məclisin sədrinə təyyarə qəzası ilə əlaqədar zəng edib
Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Qazaxıstan Parlament Məclisinin sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Parlament Məclisinin sədri öz adından və qazaxıstanlı deputatlar adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Numan Kurtulmuş təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
Numan Kurtulmuş Sahibə Qafarovaya başsağlığı verib
Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar TBMM sədrinə başsağlığı verib
MM sədri Ankarada törədilmiş terror aktı ilə əlaqədar TBMM sədrinə başsağlığı verib
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













