İsrail səfirliyi görmə qabiliyyətini itirmiş 4 Azərbaycan vətəndaşına “OrCam MyEye” cihazlarını hədiyyə edib - FOTO
sizinxeber.az xəbər saytı

İsrail səfirliyi görmə qabiliyyətini itirmiş 4 Azərbaycan vətəndaşına “OrCam MyEye” cihazlarını hədiyyə edib - FOTO


İsrail səfirliyi görmə qabiliyyətini itirmiş və ya görmə qabiliyyəti zəif olan 4 Azərbaycan vətəndaşına innovativ “OrCam MyEye” cihazlarını hədiyyə edib.

APA xəbər verir ki, bununla bağlı səfirlik tərəfindən “Görüş işığı: İsrail texnologiyası ilə həyatları dəyişmək” adlı tədbir keçirilib.

İsrailin Azərbaycandakı səfiri Corc Dik İsrail-Azərbaycan münasibətlərindən bəhs edib: “Azərbaycan-İsrail əlaqələrinin tarixi dərindir. Əlbəttə ki, diplomatik əlaqələr çox vacibdir, ancaq xalqlar arasındakı bağlılıq daha çox vacibdir”.

“Bu gün burda təqdim etdiyimiz cihaz unikal cihaz deyil, həm də bir işıq simvoludur. İnanıram ki, bu gün 4 nəfərə təqdim ediləcək bu qurğu onların həyatında dəyişikliyə səbəb olacaq, bu cihaz iki millət arasında olan bir simvol olacaq”, - diplomat qeyd edib.

Daha sonra “OrCam MyEye” cihazının xüsusiyyətlərindən bəhs edilib.

Qeyd edilib ki, adıçəkilən cihazlar vizual süni intellekt mütəxəssisləri tərəfindən hazırlanıb. Bu müasir alət görmə məhdudiyyətləri olan şəxslərə mətn oxumaq, üzləri tanımaq və ətraf mühitdə istiqamət tapmaq üçün əhəmiyyətli dəstək verir.

Oxşar xəbərlər

İsrail İranın Suriyadakı səfirliyinin yaxınlığına hava zərbələri endirib, ölənlər və yaralananlar var
ABŞ-li senator: İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşa bilər
İsrailin Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib
KİV: Bu həftə İsrail Livanda hərbi əməliyyatlara başlaya bilər
KİV: İsrail “Hizbullah” komandirini ələ keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər