Baş nazir D-8 Zirvə görüşündə Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bəyan edib
sizinxeber.az xəbər saytı

Baş nazir D-8 Zirvə görüşündə Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bəyan edib


Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Sizinxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.

Baş nazir bildirib ki, Ermənistan işğal etdiyi torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub: “Ərazilərimizdə urbisid, kultursid və ekosid törədilib. Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib. O ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib. Hazırda isə bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, kəndlər və şəhərlər tamamilə yenidən qurulur. Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurdlarına qayıdıb. Yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirəcək”.

Oxşar xəbərlər

D-8 Zirvə görüşündə Azərbaycanın Suriya ilə bağlı gözləntiləri açıqlanıb
Ceyhun Bayramov BMT QAK-ın Azərbaycandakı nümayəndəsini qəbul edib
Gələn il əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər