ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un sorğusuna mahiyyəti üzrə cavab verməyib
ABŞ-nin Azərbaycandakı səfirliyinin “Report” agentliyinin guya yanlış təəssürat yaradan məlumat yayması barədə “X” platformasında paylaşımı həqiqəti əks etdirmir.
Səfirlik “X” platformasında vurğulayıb ki, “Report” ABŞ səfirliyinə Ermənistandan 1988-90-cı illərdə qovulmuş azərbaycanlıların Ermənistanda mədəni irsinin qorunması ilə bağlı sorğusuna cavabını dərc edilməyib.
Məsələyə bir daha aydınlıq gətirmək məqsədi ilə bildirməyi özümüzə borc bilirik ki, ABŞ-nin Ermənistandakı səfirliyi Azərbaycanın Qarabağ bölgəsində erməni irsinin qorunması ilə bağlı qrant layihəsi elan edib, “Report” Agentliyi isə ABŞ-nin Azərbaycandakı səfirliyinə Ermənistandan 1988-90-cı illərdə qovulmuş azərbaycanlıların Ermənistanda mədəni irsinin qorunması ilə bağlı hansı layihələrin həyata keçirilməsi ilə bağlı sual ünvanlayıb.
Səfirlik sorğuya cavabında Azərbaycanın işğaldan azad edilən ərazilərdə bundan sonra nə etmək istədikləri cavabını göndərib, faktiki olaraq, sorğuya mahiyyətcə cavab verilməyib.
Bu cavaba uyğun olaraq “Report” agentliyi məlumat paylaşıb, amma cavabı tam olaraq dərc etməyə lüzum görmür. Sualın Ermənistan, cavabın isə Azərbaycanın ərazi haqqında olması səbəbindən ABŞ səfirliyinin cavabı adıçəkilən xəbər də ümumi formada verilib.
Oxşar xəbərlər
ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un sorğusuna cavab verib
İordaniyalı professor: Ermənistanda azərbaycanlıların irsi yox olmaq təhdidi ilə üz-üzədir
İcma: ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib
Qərbi Azərbaycan İcması: Blinkeni göndərdiyimiz məktuba cavab verməyə çağırırıq
ISESCO Şuşa irsinin qiymətləndirilməsi işlərinə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
