ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un sorğusuna cavab verib
sizinxeber.az xəbər saytı

ABŞ-nin Azərbaycandakı səfirliyi "Report"un sorğusuna cavab verib


ABŞ-nin Azərbaycandakı səfirliyi "Sizinxeber.az"un ötən gün dərc etdiyi materialla bağlı sorğusuna cavab verib.

Cavabla tanış olduqdan sonra məlum olub ki, o, verilən suala uyğun deyil.

Belə ki, "Sizinxeber.az" sorğusunda ABŞ-nin Azərbaycandakı səfirliyinin Ermənistandan qovulan azərbaycanlıların irsinin qorunması ilə bağlı hansı addımların atıldığını, layihələrin həyata keçirildiyi barədə məlumat almaq üçün müraciət edib.

Səfirliyin cavabında isə Azərbaycanın azad olunan ərazilərdə ABŞ-nin görmək istədiyi işlər barədə danışılıb. Faktiki olaraq səfirlik "Sizinxeber.az"un sorğusuna mahiyyəti üzrə cavab verməyib.

Cavabdan çıxan məntiqi nəticə budur ki, ABŞ azərbaycanlıların Ermənistandan qovulduğu dövrdən bu günə qədər onların dədə-baba torpaqlarına irsinin qorunması yolundan heç bir addım atmayıb.

Oxşar xəbərlər

Tədqiqatçı: Qərbi azərbaycanlıların qayıdış hüququnun bərpası digər xalqlara nümunə olacaq
İordaniyalı professor: Ermənistanda azərbaycanlıların irsi yox olmaq təhdidi ilə üz-üzədir
XİN: Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir
Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır - RƏY
Fransa Azərbaycan səfirliyinin iki diplomatını “persona non-grata” elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər