Prezidentin köməkçisi: Diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir
sizinxeber.az xəbər saytı

Prezidentin köməkçisi: Diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir


Texnologiyanın inkişafına müqavimət göstərmək olmaz, bizim diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.

O bildirib ki, bu kontekstdə süni intellekt Azərbaycanın prioritet istiqamətlərindən biridir.

H.Hacıyevin sözlərinə görə, süni zəka texnologiyalarından Azərbaycan mediası və diplomatiyasında gündəlik olaraq istifadə edilir.

O əlavə edib ki, 2-ci Qarabağ Müharibəsi zamanı süni intellektdən istifadə edilərək Azərbaycan çox intensiv dezinformasiyanın hədəfinə çevrilmişdi.

Oxşar xəbərlər

Hikmət Hacıyev: Qarabağ müharibəsi zamanı erməni mənbələr süni şəkildə yaradılmış təsvirlərdən istifadə edirdi
İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu keçirilir
Prezidentin köməkçisi: Süni intellektlə bağlı qanunvericilik bazasının hazırlanması barədə düşünməyin vaxtı çatıb
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər