Qərbi Azərbaycana həsr olunan ikinci beynəlxalq konfransın mədəni hissəsi baş tutub
Qərbi Azərbaycan İcmasının (QAİ) “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransın mədəni hissəsi baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, mədəni hissə Zirədəki Mədəniyyət Mərkəzində təşkil olunub.
Tədbirin iştirakçıları Qərbi azərbaycanlıların Ermənistanda dağıdılan mədəni irsi ilə bağlı filmə baxıblar.
Filmdə Qərbi Azərbaycan tarixi, irsi mədəniyyəti, həmçinin zəngin abidələri, musiqisi barədə ətraflı məlumat verilib.
Mədəni hissə konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, dekabrın 5-6-baş tutan “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda 51 ölkədən 100-dən çox xarici qonaq qatılıb.
Məlumat üçün bildirək ki, dekabrın 5-i Qərbi Azərbaycanlıların 1987-1991-ci illərdə baş verən deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı 2023-cü ildə də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak edib.
Oxşar xəbərlər
Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı salınacaq
Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır - RƏY
İordaniyalı professor: Ermənistanda azərbaycanlıların irsi yox olmaq təhdidi ilə üz-üzədir
“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda II beynəlxalq konfrans keçiriləcək
Əziz Ələkbərli: İcma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının hüququ uğrunda mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
