Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı salınacaq
sizinxeber.az xəbər saytı

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı salınacaq


Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkının salınması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə Zirədə keçirilən ağacəkmə aksiyasında tədbirin iştirakçısı olan hər bir qonağın adına ağac əkilib:

"Əsası qoyulan bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük bir Qərbi Azərbaycan parkı salınacaq".

Deputat bildirib ki, konfrasın ilk günündə baş tutan panel sessiyada qonaqlara Qərbi Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumat verilib:

"Bugünkü tədbir isə Qərbi Azərbaycan irsi ilə bağlıdır. Soydaşlarımız Qərbi Azərbaycanda zəngin mədəni irs qoyublar. Bu irsi emənilər ən müxtəlif formada saxtalaşdırıblar.

Bununla bağlı sərgi nümayiş etdirilib. Eyni zamanda, bu gün musiqimiz, mətbəximiz, mədəniyyətimiz təqdim olunacaq. Məqsədimiz odur ki, qonaqlar bu dinləmələrlə kifayətlənməsinlər və bilsinlər ki, o ərazilərdəki mədəni irsimizə qarşı vəhşilik törədilib".

Oxşar xəbərlər

İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır"
Əziz Ələkbərli: Prezident İlham Əliyevin haqq işimizə verdiyi yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir
Əziz Ələkbərli: İcma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının hüququ uğrunda mübarizə aparır
Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır - RƏY
Prezident: Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər