Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Taha ilə görüşüb
28 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha ilə görüşüb.
APA XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə tərəfdaşlıq imkanları müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin hər zaman qardaş, dost ölkələr ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini, bu baxımdan İƏT çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində hər zaman hazır olduğumuzu diqqətə çatdırıb.
Azərbaycanın İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsində əməkdaşlığa, İƏT-in fəaliyyətinin gücləndirilməsinə verdiyi töhfələr məmnunluqla qeyd edilib.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində görülən hazırlıq işləri, aparılan danışıqlar prosesi, sədrlik prioritetləri və təşəbbüslərimiz barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə səylərinə maliyyə resurslarının cəlb olunmasına fokuslandığını bildirib.
İƏT ölkələri üçün, həmçinin iqlim dəyişikliyi təhdid ilə mübarizənin əhəmiyyətini nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanın XİN başçısı İƏT-in Baş katibi ilə ölkəsinin COP29-a sədrliyini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İndoneziya diplomatlar üçün viza tələbini ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












