Gəncədə Türkiyənin Cümhuriyyət Günü münasibətilə tədbir keçirilir
sizinxeber.az xəbər saytı

Gəncədə Türkiyənin Cümhuriyyət Günü münasibətilə tədbir keçirilir


Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Baş Konsulluğun təşkilatçılığı ilə rəsmi tədbir keçirilir.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, tədbirdə Baş konsul, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, müxtəlif idarə və təşkilatların rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak edirlər.

Çıxışlar zamanı Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilir.

Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul olunub.

Oxşar xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir
Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər