Ərdoğan: Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində ən qısa zamanda xoş xəbər almağa ümid edirik
sizinxeber.az xəbər saytı

Ərdoğan: Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində ən qısa zamanda xoş xəbər almağa ümid edirik


Azərbaycan və Ermənistanın sülh prosesi çərçivəsində göstərdiyi səmimi səyləri yaxından izləyirik, ən qısa zamanda xoş xəbər almağa ümid edirik.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

“Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb. İndi bu coğrafiyada sülh küləkləri əsir. Arzumuz odur ki, prosesə mane olmağa çalışanlara fürsət verilməmiş xoş xəbərlər alınsın. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik", - Ərdoğan qeyd edib.

Oxşar xəbərlər

Türkiyə Prezidenti: Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
Ərdoğan: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ortaya qoyulan bütün səyləri dəstəkləyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər