Türkiyə Prezidenti: Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb
sizinxeber.az xəbər saytı

Türkiyə Prezidenti: Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb


Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb.

“Report” xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk evini ziyarət edərkən deyib.

O bildirib ki, Azərbaycan və Ermənistanla birlikdə regionda daimi sülh və sabitlik yarana bilər.

Ərdoğan söyləyib ki, Türkiyə Balkanlardakı konstruktiv mövqeyi və Yaxın Şərqdəki diplomatik həmlələri ilə fərqli bölgələrdəki təsir imkanlarını artırır.

Oxşar xəbərlər

Ərdoğan: Türkiyənin milli təhlükəsizliyinə təsir edən bəzi məsələlərdə ABŞ ilə fikir ayrılığı var
Hakan Fidan: Türkiyə regionda sülh və sabitlik istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər