Qazaxıstanın Müstəqilliyinin ildönümü münasibətilə tədbir keçirilib  - FOTO
sizinxeber.az xəbər saytı

Qazaxıstanın Müstəqilliyinin ildönümü münasibətilə tədbir keçirilib - FOTO


Qazaxıstanın Müstəqilliyinin ildönümü münasibətilə tədbir keçirilib.

Sizinxeber.az-nın məlumatına görə, tədbirdə əvvəlcə Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel qonaqları Azərbaycan dilində salamlayıb və nitqini də dilimizdə davam etdirib:

Diplomat ölkəsinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında fəal iştirak edəcəyini söyləyib:

"Biz sülhsevər dövlətlər olduğumuz üçün niyyətimiz də hər kəslə səmimi və qarşılıqlı və faydalı əməkdaşlıq etməkdir. O bildirib ki, ötən il ərzində dövlət başçıları səviyyəsində üç dəfə qarşılıqlı səfərlər gerçəkləşdirilib. Eyni zamanda bildirmək istəyirəm ki, Orta dəhliz üzrə ixracımız davam edir. Bu il ərzində Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 3 milyard dollara çatıb. Eyni zamanda Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib. Bizim ölkəmiz Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) iştirak edəcək. Bu il biz Türkdilli Dövlətlərin Təşkilatının yaradılmasının 15 illiyini qeyd edirik. Çox şadam ki, ölkələrimiz əhali üçün daha xoşbəxt gələcəyin təminatı sahəsində də birlikdə fəaliyyət göstərir".

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov hər iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri barədə imzalanmış müvafiq hüquqi sənədin münasibətimizin əsasını təşkil etdiyini söyləyib

O bildirib ki, il ərzində Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 3 milyard dollara çatıb.

Nazir müavininin sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında mövcud olan hörmət və etimada söykənmiş siyasi cəhətdən aktiv təşəbbüslərimiz bütün sahələrdə misilsiz fayda verəcək və gələcək uğurlarımızı təşviq edəcək:

“ Azərbaycan və Qazaxıstan Respublikası arasındakı mövcud tərəfdaşlıq və müttəfiqlik razılaşması, habelə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında bəyannamə, bütün bunlarla yanaşı, strateji münasibətlərimizin daha möhkəm təməllər üzərində qurulması əlaqələrimizin daha da möhkəm olması üçün zəmin formalaşdırır".

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Oxşar xəbərlər

"Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib". [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə razılıq əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Qazaxıstan COP29 tədbirində fəal iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Abay Günü qeyd olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər