Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə razılıq əldə edib
sizinxeber.az xəbər saytı

Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə razılıq əldə edib


"Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib".

Sizinxeber.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel adıçəkilən ölkənin Respublika Günü ilə bağlı tədbirdə deyib.

Diplomat eyni zamanda ölkəsinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında fəal iştirak edəcəyini söyləyib:

"Biz sülhsevər dövlətlər olduğumuz üçün niyyətimiz də hər kəslə səmimi və qarşılıqlı və faydalı əməkdaşlıq etməkdir. O bildirib ki, ötən il ərzində dövlət başçıları səviyyəsində üç dəfə qarşılıqlı səfərlər gerçəkləşdirilib. Eyni zamanda bildirmək istəyirəm ki, Orta dəhliz üzrə ixracımız davam edir. Bu il ərzində Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 3 milyard dollara çatıb. Eyni zamanda Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib. Bizim ölkəmiz Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) iştirak edəcək. Bu il biz Türkdilli Dövlətlərin Təşkilatının yaradılmasının 15 illiyini qeyd edirik. Çox şadam ki, ölkələrimiz əhali üçün daha xoşbəxt gələcəyin təminatı sahəsində də birlikdə fəaliyyət göstərir".

Oxşar xəbərlər

"Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib". [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanın Müstəqilliyinin ildönümü münasibətilə tədbir keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Qazaxıstan COP29 tədbirində fəal iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Azərbaycan və Qazaxıstan münasibətləri möhkəm hüquqi təməllər üzərində qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər