Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının növbəti iclası tezliklə Tehranda keçiriləcək
14-15 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İran İslam Respublikasına işgüzar səfəri həyata keçirildi.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bildirib.
“Baş nazirin müavini İran İslam Respublikasının Prezidenti tərəfindən qəbul olundu, İranın xarici işlər, yol və şəhərsalma, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə uğurlu və səmərəli görüşləri baş tutdu.
Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirildi. Keçirilən qəbul və görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması vurğulandı, iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın növbəti iclasının tezliklə yaxın aylarda Tehranda keçirilməsi qərara alındı”, - diplomat vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanın İrandakı səfiri İran XİN-in idarə rəisi ilə görüşüb
Samir Şərifov İranın Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO - YENİLƏNİB
Samir Şərifov İranın XİN Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb - FOTO - YENİLƏNİB
İranın xarici işlər nazirinə yeni müavin təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
